satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan bu il Mərkəzi Asiyanın ilk süni intellekt universitetini açacaq

Qazaxıstan bu il Mərkəzi Asiyanın ilk süni intellekt universitetini açacaq

Qazaxıstanda bu tədris ilində Mərkəzi Asiyanın ilk ixtisaslaşmış süni intellekt universiteti fəaliyyətə başlayacaq.

NTV  Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev parlamentin hər iki palatasının birgə iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkə rəqəmsal suverenliyini gücləndirir və yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməyi hədəfləyir. Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün ixtisaslı kadr hazırlığı prioritetlərdən biridir.

Prezident bildirib ki, artıq Alem.ai platforması əsasında iki innovativ məktəb fəaliyyətə başlayıb, yaxın aylarda isə regionun ilk süni intellekt universiteti tələbələri qəbul edəcək. Tokayev, həmçinin dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsinin və GovTech modelinə keçidin vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM