satellite   Azerspace-1: 11135 H 30000

Misirdə motosiklet su kanalına aşıb, 9 uşaq ölüb

Misirdə motosiklet su kanalına aşıb, 9 uşaq ölüb

Misirin Asyut vilayətinin Əbutic rayonunda kənd təsərrüfatı işlərindən qayıdan uşaqları daşıyan üçtəkərli yük motosikletinin su kanalına aşması nəticəsində 9 uşaq ölüb, 4-ü isə xəsarət alıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, hadisə Əbutic rayonu ərazisindən keçən Qərbi Nəcm Həmmadi su kanalında baş verib.

İlkin məlumata görə, nəqliyyat vasitəsində ümumilikdə 13 uşaq olub. Onlar kənd təsərrüfatı sahələrində işlərini başa vurduqdan sonra geri qayıdarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq kanala aşıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici qüvvələr cəlb edilib. Həlak olanların meyitləri və yaralılar Əbutic Mərkəzi Xəstəxanasına çatdırılıb. Xilasedicilər yerli sakinlərlə birgə axtarış-xilasetmə işləri aparıblar.

İlkin araşdırmalar nəticəsində hadisədə kriminal əlamətlərin aşkar edilmədiyi bildirilib.

Faktla bağlı cinayət işi açılıb, Misirin Baş Prokurorluğunun göstərişi ilə hadisənin səbəb və təfərrüatları araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM