satellite   Azerspace-1: 11135 H 30000

Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı artır - YENİLƏNİB 2

Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı artır<font color='red'> - YENİLƏNİB 2</font>

Rusiya ordusunun Kiyevə endirdiyi hava zərbələri nəticəsində Darnitski rayonunda doqquzmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

NTV  xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, binadan 17 nəfər xilas edilib, itkin düşən şəxslərlə bağlı məlumatlar var və onların axtarışı davam etdirilir.

Ümumilikdə, Kiyevdə 20-dən çox yaşayış binası hava zərbələri nəticəsində zərər görüb. Xilasedicilər 15 müxtəlif ünvanda əməliyyatları davam etdirirlər.

Məlumata görə, artıq 11 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı təsdiqlənib. Qeyd olunub ki, itkilərin sayının artacağı istisna edilmir.

05:57

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, kütləvi hava zərbələri Ukrayna paytaxtının Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarının mülki infrastrukturlarında, yaşayış binalarında dağıntılara səbəb olub.

NTV-nin verdiyi məlumata görə, hava zərbələri nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya yerləşdirilib. İki mülki şəxs isə həlak olub.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hava zərbələrindən ölən və xəsarət alanların sayının artacağı ehtimal edilir.

4:00

Rusiya ordusu iyulun 2-nə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.

NTV-nin verdiyi məlumata görə, hava hücumu zamanı zərbə dronları və müxtəlif tipli raketlərdən, o cümlədən ballistik raketlərdən istifadə olunur.

Kiyevdə hava hücumundan müdafiə sistemi aktiv işə düşüb.

Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında yazıb ki, zərərsizləşdirilən dronun qalıqları Şevçenko rayonunda hotellərin birində dağıntılara səbəb olub. Şevçeno rayonunda 5 nəfər xəsarət alıb.

Hadisə yerində tibb işçiləri işləyir.

Qolosevski rayonunda çoxmərtəbəli yaşayış binasının damı yanır.

Təcili yardım xidmətləri hadisə yerinə gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM