satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır

Tramp: Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır

Kuba hakimiyyəti Vaşinqtonla münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliləyir.

NTV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Şimali Dakota ştatına səfəri zamanı danışıb.

“Uzun illər sonra Kuba bizim orbitimizə yaxınlaşır”, – deyə o bildirib.

Eyni zamanda Kubanın xarici işlər naziri Bruno Rodrigez ABŞ ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlarda heç bir irəliləyiş olmadığını qeyd edib.

Son aylarda Tramp administrasiyasının Havanaya siyasi kursunu dəyişməsi üçün təzyiq göstərdiyi bildirilir. ABŞ-nin Kubaya qarşı əlavə sanksiyalar tətbiq etdiyi və enerji təchizatına məhdudiyyətlər qoyduğu qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM