Avropa Komissiyası sentyabrda uşaqlar üçün sosial şəbəkələrin ümumavropa miqyasında qadağan edilməsinə dair planlarını açıqlaya bilər.
NTV xəbər verir ki, bu barədə "Euractiv" Avropa rəsmilərinə və diplomatlarına istinadən məlumat yayıb.
"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin sentyabrın 16-da Strasburqda parlamentə "Avropa İttifaqındakı vəziyyət haqqında" illik müraciəti zamanı uşaqlar üçün sosial şəbəkələrdən istifadəyə ümumavropa qadağasının tətbiqi ilə bağlı təkliflərini açıqlayacağı gözlənilir", - məlumatda bildirilib.
Hüquqi əsas hələ müəyyən edilməyib. Buna baxmayaraq, bu təşəbbüsün müəyyən edilmiş minimum yaşdan aşağı uşaqların hesab açmasının qarşısının alınmasını tələb edəcək Aİ qanunvericiliyinin və s. qəbul edilməsinə yol açacağı gözlənilir.
Mənbələr bildirib ki, Ursula fon der Lyayen tərəfindən uşaqların internetdə müdafiəsi yollarının öyrənilməsi üçün yaradılmış məsləhətçi qrup öz hesabatını iyulun 13-də təqdim edəcək.
