satellite   Azerspace-1: 11135 H 30000

Macarıstanda rekord istilər gölləri və çayları təhlükə altına salıb, tornado qeydə alınıb

Macarıstanda rekord istilər gölləri və çayları təhlükə altına salıb, tornado qeydə alınıb

Macarıstanda son günlər müşahidə olunan rekord istilər ölkənin su ehtiyatlarına ciddi təsir göstərib. Peyk görüntüləri göstərir ki, Velense gölündə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, göl isə yosunların sürətlə çoxalması səbəbindən parlaq yaşıl rəng alıb.

NTV  xəbər verir ki, mütəxəssislər bunu uzunmüddətli istilər, dayazlaşma və su çatışmazlığı ilə əlaqələndirirlər.

Eyni zamanda, Tisa çayında da vəziyyət narahatlıq doğurur. Kişköre məntəqəsində suyun səviyyəsi rekord həddə enib. Ekspertlər bildirirlər ki, yağıntı çatışmazlığı və yüksək temperatur çayın axınını uzunmüddətli orta göstəricilərdən xeyli aşağı salıb ki, bu da ekosistem və su təsərrüfatı üçün ciddi risk yaradır.

Bu arada, qərbdən daxil olan soyuq atmosfer cəbhəsi güclü tufanlarla yanaşı, Mosonsolnok yaxınlığında mümkün tornado hadisəsinə də səbəb olub. Meteoroloqlar yerə toxunmuş ola biləcək qıfvari buludun görüntülərini araşdırırlar. Hadisə təsdiqlənərsə, bu, Macarıstanda bu ilin ilk tornadosu olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM