satellite   Azerspace-1: 11135 H 30000

Tailandda rahiblər qəzaya düşüb, 8-i ölüb, 13-ü yaralanıb

Tailandda rahiblər qəzaya düşüb, 8-i ölüb, 13-ü yaralanıb

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində pikapın rahiblərdən ibarət qrupu vurması nəticəsində 8 nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.

NTV xəbər verir ki, bu barədə polisə istinadən "Khaosod" nəşri məlumat yayıb.

Xilasedicilər, polis və təcili yardım xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yolda və yol kənarında rahiblərin meyitləri aşkar edilib. Rahiblərdən 5-i hadisə yerində, 3-ü isə sonradan xəstəxanada həyatını itirib. Yaralanan 13 rahib ən yaxın xəstəxanaya çatdırılıb.

Polisin ilkin araşdırmasına əsasən, pikapın sükanı arxasında yetkinlik yaşına çatmayan şəxs olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM