Suriyanın paytaxtı Dəməşqdə, mərkəzi Hicaz rayonunda, Ədliyyə Sarayı yaxınlığında partlayış olub.
NTV xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
İlkin məlumata görə, partlayış Ədliyyə Sarayının yaxınlığındakı kafedə baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hələ ki, müəyyən edilməyib.
Hadisənin təfərrüatı da dəqiqləşdirilir.
