İyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan NATO liderlərinin sammiti ilə bağlı təhlükəsizlik tədbirləri təkcə Türkiyənin paytaxtını deyil, bir çox ətraf əyalətləri də əhatə edəcək.
NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə 56 min 288 hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub ki, onlardan 48 min 841 nəfəri polis nümayəndəsi, 7 447 nəfəri jandarmdır.
“Sammit günləri Türkiyə şəhərlərinin küçələrində 4405 polis dəstəsi növbətçilik edəcək. Liderlərin əsas görüşünün keçiriləcəyi “Esenboğa” Hava Limanı ilə Prezident Kompleksi arasındakı marşrutda birbaşa 3926 polis əməkdaşı növbətçilik edəcək. Ankara Hava Limanından Prezident Kompleksinə gedən yol boyunca əlavə 1742 nəfər yerləşdiriləcək”, - deyə o qeyd edib.
M.Çiftçi, həmçinin kibertəhlükəsizlik tədbirlərini xüsusi vacib adlandırıb. “Biz kiberməkana küçə və meydanlardakı vəziyyət qədər əhəmiyyət veririk. 24 saat virtual monitorinq üçün əlavə olaraq Daxili İşlər Nazirliyinin 639 əməkdaşı ayrılıb”, - deyə daxili işlər naziri əvvəlki NATO sammitləri zamanı da oxşar təhlükəsizlik tədbirlərinin görüldüyünü xatırladıb.
