Özbəkistan Prezidentinin son 23 ildə Gürcüstana ilk dövlət səfəri ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir
NTV xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəyə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Özbəkistan liderinin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə mühüm hadisədir.
"Özbəkistandan Gürcüstana bu səviyyədə səfər son 23 ildə həyata keçirilməyib. Əlbəttə ki, bu, ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir. Özbəkistan Mərkəzi Asiyada sürətlə inkişaf edən bir dövlətdir. Hər iki ölkənin Orta Dəhlizin inkişafı kontekstində mühüm rolu var”, - deyə Maka Boçorişvili bildirib.
