satellite   Azerspace-1: 11135 H 30000

Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub

Elbrus dağına qalxmağa çalışan alpinist həlak olub

Kabardin-Balkarda (Rusiya) bir alpinist Elbrus dağına qalxarkən həlak olub.

NTV  xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinin (FHN) regional Baş İdarəsinə istinadən məlumat yayıb.

"Moskva vaxtı ilə 13:10-da Elbrus dağında (təxminən 5,5 min metr hündürlükdə) dağa qalxarkən alpinistin həlak olması barədə məlumat daxil olub. Məlumat şahidlər tərəfindən verilib. Qeydiyyatı və şəxsiyyəti barədə məlumat yoxdur", - FHN-dən bildirilib.

Qeyd edilib ki, profilaktik işlərlə əlaqədar kanat yolları dayandırılıb. Alpinistin meyitinin təxliyəsi xilasedicilər tərəfindən kanat yolları işə salındıqdan sonra, axşam saatlarına planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM