satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Çini silahlara nəzarət üzrə dialoqda iştiraka çağırıb

ABŞ Çini silahlara nəzarət üzrə dialoqda iştiraka çağırıb

ABŞ Dövlət Departamenti Çini silahlara nəzarət məsələləri üzrə dialoqda fəal iştirak etməyə çağırıb.

NTV  xəbər verir ki, bu mövqe Çinin Sakit okeanda sualtı qayıqdan qitələrarası ballistik raketin sınaq buraxılışından sonra iyulun 6-da Dövlət Departamentinin yaydığı açıqlamada öz əksini tapıb.

ABŞ tərəfi döyüş başlığı daşımayan raketin buraxılışını izlədiyini təsdiqləyib və silahlara nəzarət sahəsində konstruktiv dialoqun vacibliyini vurğulayıb. Vaşinqton, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında qitələrarası ballistik raketlərin və kosmik aparatların buraxılışları barədə əvvəlcədən məlumatlandırma mexanizminin tətbiqini dəstəklədiyini bildirib.

Çin Müdafiə Nazirliyi isə raket buraxılışının illik hərbi təlimlərin tərkib hissəsi olduğunu, beynəlxalq normalara uyğun həyata keçirildiyini və maraqlı dövlətlərin əvvəlcədən məlumatlandırıldığını açıqlayıb. Pekin sınaqların hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM