satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Oman sahillərində tankerə hücum edildiyini bildirib

Britaniya Oman sahillərində tankerə hücum edildiyini bildirib

Oman sahillərində üzən tanker naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş versə də, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

NTV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə Omanın Limah şəhərindən təxminən 8 kilometr şərqdə qeydə alınıb. Cənuba doğru hərəkət edən tanker liman tərəfində naməlum mərmi ilə vurulub və nəticədə yanğın baş verib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM