satellite   Azerspace-1: 11135 H 30000

Fransada meşə yanğınları səbəbindən 12 min nəfər təxliyə edilib

Fransada meşə yanğınları səbəbindən 12 min nəfər təxliyə edilib

Fransanın cənubundakı Pireney-Oriental departamentində baş verən meşə yanğınları ilə əlaqədar 12 min nəfər təxliyə edilib.

NTV BFM TV telekanalına istinadla xəbər verir ki, Trevillaş kommunasında baş verən yanğının söndürülməsinə 800-ə yaxın yanğınsöndürən cəlb olunub. Məlumata görə, yanğın nəticəsində 4 min 900 hektara yaxın ərazi külə dönüb.

Səlahiyyətlilər bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən yanğının tam söndürülməsi hələ mümkün olmayıb.

Qeyd edək ki, Fransanın bir sıra bölgələrində yüksək temperatur və meşə yanğınları riski ilə bağlı xəbərdarlıqlar qüvvədədir. Havanın həftə sonunadək isti keçəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM