satellite   Azerspace-1: 11135 H 30000

Peskov: NATO-nun Ankaradakı sammitinin yekunları Rusiya üçün böyük maraq kəsb edir

Peskov: NATO-nun Ankaradakı sammitinin yekunları Rusiya üçün böyük maraq kəsb edir

Rusiya NATO sammitinin keçirildiyi Türkiyədən daxil olan məlumatları maraqla izləyəcək.

NTV "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sözsüz ki, bu, çox böyük maraq doğuran, o cümlədən bizim üçün də maraq kəsb edən bir hadisədir. Ankaradan daxil olacaq bütün xəbərləri və məlumatları izləyəcəyik", - Peskov deyib.

Bununla yanaşı, o qeyd edib ki, indiyə qədər NATO ölkələrindən Rusiya ilə bağlı səslənən fikir və bəyanatlar neqativ xarakter daşıyıb.

Onun sözlərinə görə, Moskva sammitin yekununda qəbul ediləcək qərar və sənədlərə əsasən hərəkət edəcək.

"Görək bütün bunlar hansı sənədlərlə nəticələnəcək, hansı bəyanatlar veriləcək, hansı kağızlar imzalanacaq, "kuluarlarda" baş tutacaq ikitərəfli görüşlərdə nələr deyiləcək", - Peskov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM