satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

36-cı NATO zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə gələn ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlıq məsələri əsas müzakirə mövzusu olacaq.

NTV-nin məlumatına görə, iki liderin Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması və digər müdafiə layihələrini müzakirə edəcəyi gözlənilir.

Onlar, həmçinin regional inkişaflar, xüsusən də Suriyadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM