Filippində cənub-qərb mussonunun və "İnday" qasırğasının güclənməsi nəticəsində ölənlərin sayı 26-ya çatıb.
NTV xəbər verir ki, bu barədə yerli media Mülki Müdafiə İdarəsinə (OCD) istinadən məlumat yayıb.
Bundan başqa, torpaq sürüşmələri nəticəsində 9 nəfər yaralanıb, 14 nəfər isə itkin düşüb.
OCD-nin məlumatına görə, musson və qasırğa səbəbindən təxminən 244 min ailə və ya 1 milyon insan zərər çəkib.
Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, 766 ev tamamilə, 853 ev isə qismən dağılıb.
