satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada evə girən ayı soyuducunu açıb və ərzaqları yerə töküb - FOTOLAR

Yaponiyada evə girən ayı soyuducunu açıb və ərzaqları yerə töküb<font color=red> - FOTOLAR</font>

Yaponiyanın şimal-şərqində 87 yaşlı sakinin evinə daxil olan ayı soyuducunu açaraq ərzaqları yerə töküb, sonra isə arxa qapıdan çıxıb.

NTV Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə İvate prefekturasının Şizukuişi şəhərində baş verib. Polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, eyni şəhərdə başqa bir evə ayı bir həftə ərzində dörd dəfə daxil olaraq pişik yemi və digər ərzaqları dağıdıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, isti hava şəraiti ilə əlaqədar son günlər Yaponiyanın müxtəlif bölgələrində ayıların yaşayış məntəqələrinə yaxınlaşması halları artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM