vropa İttifaqının əhalisi ötən il artaraq rekord səviyyəyə çatıb.
NTV xəbər verir ki, Avropa Komissiyasının açıqladığı yeni statistikaya əsasən, yanvarın 1-nə Aİ-də 450,4 milyon nəfər yaşayır. Bu, əvvəlki illə müqayisədə 1,07 milyon nəfər çoxdur.
Mütəxəssislər artımın əsas səbəbinin miqrasiya olduğunu bildirirlər, çünki təbii artım artıq uzun illərdir mənfi olaraq qalır.
Son dövrdə Aİ-də doğulanların sayı ölənlərin sayından azdır. Ən çox əhalisi olan ölkələr Almaniya, Fransa və İtaliya olaraq qalır. Əhali sayında ən böyük nisbi artım Malta, İrlandiya və Lüksemburqda qeydə alınıb. Macarıstanda isə əhalinin sayı azalmağa davam edir və bu tendensiya ölkənin demoqrafik problemlərinin davam etdiyini göstərir.
