satellite   Azerspace-1: 11135 H 30000

Kiyev raketlərlə vurulub, ölənlər var - FOTOLAR

Kiyev raketlərlə vurulub, ölənlər var<font color=red> - FOTOLAR</font> Kiyev raketlərlə vurulub, ölənlər var<font color=red> - FOTOLAR</font> Kiyev raketlərlə vurulub, ölənlər var<font color=red> - FOTOLAR</font>

İyulun 16-na keçən gecə Rusiya ordusunun ballistik raketlərlə Kiyevə endirdiyi zərbələr nəticəsində paytaxtın iki rayonunda dağıntılar qeydə alınıb, ölənlər var.

NTV Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hücum nəticəsində Kiyevin Darnitski rayonunda inzibati və anbar binalarında, eləcə də yük avtomobillərində yanğınlar baş verib. Hadisə zamanı iki nəfər həlak olub, biri uşaq olmaqla daha iki nəfər yaralanıb.

Svyatoşin rayonunda isə anbara endirilən zərbədən sonra yanğın qeydə alınıb. Nəticədə üç nəfər xəsarət alıb.

Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM