İran Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkrəminiya Hörmüz boğazının hərbi təhdid və ya təzyiq nəticəsində açılmayacağını bildirib.
NTV xəbər verir ki, bu barədə o, “Mehr” agentliyinə açıqlamasında deyib.
Məhəmməd Əkrəminiyanın sözlərinə görə, ABŞ-nin İslamabad Anlaşma Memorandumunun şərtlərinə əməl etməsi, bütün hərbi əməliyyatların dayandırılması və İranın suveren hüquqlarına hörmət göstərilməsi Hörmüz boğazının açılması üçün Tehranın əsas şərtləridir.
O bildirib ki, İranın iradəsi nəzərə alınana qədər Hörmüz boğazı bağlı qalacaq.
İran rəsmisi əlavə edib ki, Tehran ABŞ və onun müttəfiqlərinin Hörmüz boğazında İslamabad Memorandumunun çərçivəsindən kənarda atdığı istənilən addımı ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir və belə halların qarşısı İran Silahlı Qüvvələri tərəfindən alınacaq.
