satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Sverdlovsk vilayətində 130 ev su altında qalıb

Rusiyanın Sverdlovsk vilayətində 130 ev su altında qalıb

Rusiyanın Sverdlovsk vilayətində yağış sularından yaranan daşqın sutka ərzində 130 yaşayış evini və 185 həyətyanı sahəni su altında qoyub.

NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) idarəsinin mətbuat xidməti məlumat yayıb.

Ən çox ev İrbit şəhərində su altında qalıb - orada 124 binanı su basıb. Ən çox sahə isə (84 həyət) Nevyansk şəhərində fəlakət zonasında qalıb. FHN-in məlumatına görə, ümumilikdə regionda 443 yaşayış evi və 1 792 həyətyanı sahə hələ də su altındadır.

Ötən gün daşqın səbəbindən İrbit bələdiyyəsində 200-ə yaxın uşaq və onlarla yetkin şəxs təhlükəsiz zonaya köçürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM