satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin neft ehtiyatları azalıb

ABŞ-nin neft ehtiyatları azalıb

Birləşmiş Ştatların kommersiya xam neft ehtiyatları azalır.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon 700 min barel azalaraq 409 milyon 700 min barel olub. Bazar proqnozları ehtiyatların 1 milyon 800 min barel azalacağı istiqamətində idi.

Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 3 milyon barel geriləyərək 316 milyon 500 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1 milyon 500 min barel azalaraq 210 milyon 500 min barel təşkil edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM