satellite   Azerspace-1: 11135 H 30000

Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib

Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib

Avropa İttifaqının (Aİ) 21-ci sanksiyalar paketinə daxil edilmiş Rusiya LNG-sinin (mayeləşdirilmiş təbii qaz) üçüncü ölkələrə daşınmasına dair qadağadan istisna uzadılma imkanı ilə bir il qüvvədə olacaq.

NTV xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Şivon Makqarri bildirib.

O qeyd edib ki, istisna yalnız Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına və bu cür tədarüklərlə bağlı satınalma əməliyyatlarına şamil edilir. Ş.Makqarrinin sözlərinə görə, bu tədbir Aİ-nin Moskvaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinə dair ümumi kursunu dəyişmir.

Rəsmi nümayəndənin sözlərinə görə, Avropa operatorları bu cür əməliyyatları yalnız Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından əvvəl bağlanmış müqavilələr əsasında həyata keçirə biləcəklər. Eyni zamanda, daşımaların həcmi 2025-ci ilin səviyyəsini aşmamalıdır.

Ş.Makqarri qeyd edib ki, istisna yenidən nəzərdən keçirilmə imkanı ilə bir il qüvvədə olacaq: "Bu müddət ərzində Avropa Komissiyası daimi monitorinq aparacaq və yüklərin həcmi, marşrutları və qiymətləri üzrə hesabat tələb edəcək".

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi ötən həftə Aİ Şurası tərəfindən qəbul edilib. O, energetika, maliyyə və ticarət sektorlarında yeni məhdudiyyətləri ehtiva edir. Rusiya LNG-si üçün müvəqqəti istisna Yunanıstanın təkidi ilə paketə daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM