satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda prezident seçkilərinin keçiriləcəyi tarix məlum olub

Qırğızıstanda prezident seçkilərinin keçiriləcəyi tarix məlum olub

Qırğızıstan parlamentinin deputatları prezident seçkilərinin keçiriləcəyi tarixi təsdiqləyiblər.

NTV xəbər verir ki, səsvermə fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin başa çatdığı ildə, yanvar ayının dördüncü çərşənbə günü keçiriləcək.

“Podrobno.uz” yazır ki, Qırğızıstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək.

Deputatlar seçkilərin keçirilmə tarixi ilə yanaşı, qarşıdakı seçki kampaniyası ilə bağlı digər yenilikləri də təsdiqləyiblər. Artıq məhkumluğu başa çatmış və ya barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməyən şəxslər prezident seçilə bilməzlər. Əvvəllər namizədin məhkumluğunun olmaması tələb edilirdi, lakin məhkumluğu başa çatmış şəxs seçkilərdə iştirak edə bilirdi.

Bundan başqa, səsvermə ilk dəfə əvvəlki qaydada - istirahət günündə deyil, iş günü keçiriləcək.

“Prezident seçkilərinin iş günü keçirilməsi barədə qərar qəbul etdik. Xüsusilə də seçici fəallığının artırılmasına nail olmaq üçün səsverməni yanvarın 27-si çərşənbə gününə saldıq. Seçki məntəqələrində nə qədər çox insan iştirak etsə, seçkinin şəffaflığı bir o qədər yüksək olar, korrupsiya sxemlərinin qarşısını almaq üçün imkanlar bir o qədər genişlənər və seçicilərin satın alınması ehtimalı bir o qədər azalar. Biz həm də belə üsullarla uğurla mübarizə aparırıq”, - deyə Qırğızıstan parlamentinin spikeri Marlen Mamataliyev bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM