satellite   Azerspace-1: 11135 H 30000

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır - FOTOLAR

Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır<font color=red> - FOTOLAR</font> Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır<font color=red> - FOTOLAR</font> Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır<font color=red> - FOTOLAR</font>

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən NTV-yə bildirilib ki, pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.

Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.

Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM