satellite   Azerspace-1: 11135 H 30000

"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib - VİDEO

Azərbaycanda keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təlimində məşqlər uğurla davam edir.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.

Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəflər tam məhv edilib.

"Birliyin Gücü – 2026" birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM