satellite   Azerspace-1: 11135 H 30000

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə NTV-yə xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM