satellite   Azerspace-1: 11135 H 30000

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Avropa ölkələrinin 2035-ci ilə qədər iqlimə davamlılıq və uyğunlaşma investisiyalarına 500 milyard avro xərcləyəcəyi proqnozlaşdırılır.

NTV xarici mediaya istinadla xəbər verir ki, bu büdcə ekstremal hava hadisələrindən sonra yenidənqurma işlərini, eləcə də gələcək iqlim təsirlərinin aradan qaldırılması tədbirlərini əhatə edir.

Avropa İttifaqı və Böyük Britaniyada yenidənqurma və iqlim uyğunlaşmasına ayrılan vəsaitlər 2011-ci ildən bəri hər beşillik dövrdə iki dəfədən çox artıb.

Avropa Komissiyası hesablayır ki, Aİ 2050-ci ilə qədər iqlim uyğunlaşmasına ildə 70 milyard avro investisiya qoymalıdır. Lakin Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsi ölkənin illik investisiya ehtiyacını 11 milyard funt sterlinq səviyyəsində qiymətləndirir.

Aİ iqlim qanunvericiliyi bütün üzv dövlətlərin milli uyğunlaşma strategiyaları hazırlamasını tələb edir. Bu tənzimləmənin iqlimə davamlılığa doğru investisiya dövrünün davam etməsini dəstəkləməsi gözlənilir.

“Bloomberg Intelligence”in təhlilinə görə, Avropa iqlim xərclərini daha strukturlaşdırılmış uyğunlaşma prosesinə çevirməyə başlayıb. Əvvəllər birdəfəlik fəlakət üçün ayrılan xərclərin indi uzunmüddətli investisiya və satınalma dövrünə çevrildiyi bildirilir. Qida və kənd təsərrüfatı sektoruna xərclərin əkinçilik texnologiyalarından tutmuş iqlimə davamlı bitkilərə qədər müxtəlif həlləri dəstəkləməsi gözlənilir.

Bundan başqa, qlobal istiləşmənin sürətlənməsi və güclü “El Ninyo” şəraiti Avropadakı kənd təsərrüfatı sahələrinə mənfi təsir göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM