satellite   Azerspace-1: 11135 H 30000

Baş idarə Bakı və bir neçə rayonda əməliyyat keçirib, 132 kq narkotik dövriyyədən çıxarılıb

Baş idarə Bakı və bir neçə rayonda əməliyyat keçirib, 132 kq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi 132 kq narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxt ərazisində, eləcə də Abşeron, Hacıqabul, Cəlilabad və Füzuli rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş V.Ağayev, H.Məmmədov, Z.Əliyev, Ə.Həsənov, A.Zeynalov və E.Bağırov saxlanılıblar.

Onlardan ümumilikdə 132 kiloqram narkotik vasitə və 6080 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM