satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb

Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.

Azərbaycan Boks Federasiyasından NTV-yə verilən məlumata görə, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.

Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.

Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.

Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM