satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın paracüdo üzrə milli komandası dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın paracüdo üzrə milli komandası dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın paracüdo üzrə milli komandası sentyabrın 25-dən 27-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Bu barədə NTV-yə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çıxış edəcəklər.

Paracüdoçuların yarışa hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM