Biləsuvar rayonunda ümumilikdə 17 kiloqram narkotik vasitə aşkar olunub.
NTV xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi tədbirlər zamanı saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.
Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Ondan 7 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
