satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan mediası: Azərbaycan Qran-Prisi Formula 1-in ən gözlənilməz yarışlarından biridir

Yunanıstan mediası: Azərbaycan Qran-Prisi Formula 1-in ən gözlənilməz yarışlarından biridir

Yunanıstan mediası Formula 1 Azərbaycan Qran-prisinin başlanması ilə əlaqədar Bakı şəhər trasının xüsusiyyətlərinə və yarışın proqramına geniş yer ayırıb.

NTV xəbər verir ki, “Zougla” nəşri Bakını “Küləklər şəhəri” kimi təqdim edərək Azərbaycan Qran-Prisini dünya avtomobil idmanının ən gözlənilməz yarışlarından biri adlandırır.

Nəşr qeyd edir ki, Bakı şəhər trası müasir Formula 1 bolidləri üçün sürət və texniki dəqiqliyi eyni vaxtda tələb edən xüsusi sınaqdır. Uzun sürətli hissələrdən sonra İçərişəhərin tarixi divarları yaxınlığındakı dar küçələrə keçid pilotlardan fərqli idarəetmə strategiyası tələb edir.

Materialda Bakının memarlıq kontrastına da diqqət çəkilir. Qədim qala divarları, müasir şəhər silueti və Xəzər sahilinin eyni yarış marşrutunda birləşməsi xüsusi vurğulanır.

Yunanıstan nəşri yarış həftəsonunun proqramını da təqdim edib. Sərbəst yürüşlərdən sonra sıralama turunun sentyabrın 25-də, əsas yarışın isə sentyabrın 26-da keçirilməsi nəzərdə tutulur.

Qeyd edilir ki, Azərbaycan Qran-Prisi son illərdə yüksək sürət, təhlükəsizlik avtomobillərinin yarışın gedişinə təsiri və gözlənilməz nəticələri ilə Formula 1 mövsümünün diqqətçəkən mərhələlərindən birinə çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM