satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb - FOTOLAR

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Korin Amori Brünet ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin yaradılması və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələndirmənin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı iqtisadi və humanitar əməkdaşlıq imkanlarından, eləcə də əsas inkişaf sahələrində mövcud potensialdan daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Benin Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.

Qeyd olunub ki, saziş yüksəksəviyyəli qarşılıqlı səfərlərin asanlaşdırılması və Azərbaycan-Benin arasında uzunmüddətli diplomatik tərəfdaşlığın inkişafı üçün hüquqi-institusional əsas yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM