satellite   Azerspace-1: 11135 H 30000

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

Bu gün bütün ermənilərin katolikosu II Qareginin məhkəməsi olacaq.

NTV xəbər verir ki, II Qareginlə birlikdə Erməni Apostol Kilsəsinin altı üzvü də hakim qarşısına çıxacaq. Bu Ermənistan və Erməni Kilsəsi tarixində ilk belə hadisədir.

Bütün ermənilərin katolikosuna və altı yepiskopa qarşı cinayət işi üzrə ilkin dinləmələr Armavir vilayətinin ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsində keçiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayında Ermənistan Baş Prokurorluğu II Qareginə qarşı cinayət işi açıb. Onun ölkədən çıxışı qadağan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM