satellite   Azerspace-1: 11135 H 30000

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

İngiltərənin Norfolk qraflığının Tetford şəhərində miqrasiya əleyhinə etiraz aksiyaları ilə əlaqədar iğtişaşların üçüncü gecəsində daha 2 nəfər saxlanılıb.

NTV BBC-yə istinadla xəbər verir ki, Norfolk polisi təhlükəsizlik məqsədilə sığınacaq axtaran şəxsləri yaşadıqları evlərdən təxliyə edib. Polisin məlumatına görə, yaşı 40-dan yuxarı olan 2 kişi həbs olunub və bununla da, iğtişaşlarla bağlı saxlanılanların ümumi sayı 5-ə çatıb.

Avqustun 4-ü və 5-i axşam etirazçılar sığınacaq axtaranların yaşadıqlarını güman etdikləri evlərə daxil olmağa cəhd göstəriblər, hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi aqressiya ilə üzləşiblər.

Şahidlərin sözlərinə görə, 200-ə yaxın şəxsin iştirak etdiyi aksiya zamanı daş və yumurtalar atılıb, etirazçılar “onlar buradan getsinlər” şüarları səsləndiriblər.

Polis bildirib ki, kişi əməkdaşlardan 1-i daş zərbəsi alıb, qadın polis əməkdaşı isə ciddi xəsarət alıb. Norfolk polisi iğtişaşlarla bağlı araşdırmaların davam etdiyini və ictimai asayişin qorunması üçün əlavə tədbirlərin görüldüyünü açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM