satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Amerikanın “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, ABŞ-də 471 təyyarə sentyabrın 10-da qüvvəyə minməsi planlaşdırılan Federal Aviasiya Agentliyinin (FAA) direktivi çərçivəsində icbari yoxlamalardan keçəcək və bu direktiv “Boeing” şirkətinin 737-8, 737-9 və 737-8200 modellərini əhatə edəcək.

NTV qəzetin məlumatına istinadla xəbər verir ki, qərar bəzi köhnə “Boeing 737” modellərində ön qapının ətrafındakı gövdəni möhkəmləndirən qayışın strukturunda çatlar aşkar edildikdən sonra verilib.

FAA bildirib ki, direktiv təyyarədəki potensial təhlükəsizlik risklərini aradan qaldırmaq məqsədilə verilib. Agentlik mümkün çatların təyyarənin struktur bütövlüyünə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Bəyanatda təyyarənin gövdə örtüyünün də texniki nəzarətdən keçiriləcəyi qeyd olunub.

“Boeing” şirkəti isə verdiyi açıqlamada 737 modelinin yeni nəsil təyyarələrində də çat problemi aşkar edildikdən sonra zəruri yoxlamaların aparıldığını vurğulayıb.

Bəyanatda qeyd olunur ki, “Boeing” 737 MAX” donanmasında indiyə qədər oxşar problem olmayıb, amma bu təyyarələr də çatların aşkarlandığı modellərlə oxşar dizayn və istehsal proseslərini ehtiva etdiyi üçün ehtiyat tədbiri olaraq yoxlamaya məruz qalacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM