satellite   Azerspace-1: 11135 H 30000

Hepatit C ilə mübarizədə tarixi nəticə: İngiltərə hədəfə vaxtından əvvəl çatıb

Hepatit C ilə mübarizədə tarixi nəticə: İngiltərə hədəfə vaxtından əvvəl çatıb

İngiltərə hepatit C virusunun aradan qaldırılması istiqamətində mühüm irəliləyiş əldə edib və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hədəfə vaxtından əvvəl çatan ilk ölkələrdən biri olub.

NTV BBC-yə istinadla xəbər verir ki, İngiltərə Milli Səhiyyə Xidmətinin məlumatına görə, 2015-ci ildən bəri ölkədə 100 mindən çox insana hepatit C diaqnozu qoyulub və onlar müalicə alıblar. Qaraciyəri zədələyən hepatit C virusu yoluxmuş qanla təmas vasitəsilə yayılır. ÜST 2016-cı ildə 2030-cu ilədək məlum hepatit C hallarının 80 faizinin müalicə olunması hədəfini müəyyən edib. İngiltərə Milli Səhiyyə Xidməti bildirib ki, İngiltərə artıq bu göstəriciyə nail olan ilk ölkələr sırasındadır. Eyni zamanda, 2016-cı ildən bəri hepatit C ilə əlaqəli illik ölüm hallarının sayı 36 faiz azalıb.

Böyük Britaniyanın səhiyyə naziri İvett Kuper bildirib ki, İngiltərə bu xəstəliyin tamamilə aradan qaldırılması istiqamətində dünyada öncül mövqedədir. Onun sözlərinə görə, xəstəxanaların təcili yardım şöbələrində aparılan qan analizləri, ailə həkimində qeydiyyat zamanı testlərin keçirilməsi və ev şəraitində istifadə üçün pulsuz testlərin təqdim edilməsi əvvəllər diaqnoz qoyulmamış şəxslərin aşkarlanmasına kömək edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM