satellite   Azerspace-1: 11135 H 30000

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

Budapeştdə İkinci Dünya müharibəsindən qalma bomba ilə bağlı maraqlı hadisə baş verib.

NTV xəbər verir ki, Dunayın paytaxt ərazisindən keçən hissəsində aşkar edilən aviasiya bombası sonradan çayın dibində yoxa çıxıb.

Məlumata görə, partlayıcı qurğu əvvəlcə dalğıclar tərəfindən müəyyən edilib və onun təhlükəsiz şəkildə çıxarılması planlaşdırılıb. Lakin çayda suyun səviyyəsinin dəyişməsi və güclü axın nəticəsində bomba əvvəlki yerində tapılmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar axtarış tədbirlərinə başlayıblar.

Macarıstanın paytaxtında İkinci Dünya müharibəsi dövründən qalan partlamamış sursatların aşkarlanması nadir hal deyil. Ölkənin hərbi mütəxəssisləri belə qurğuların zərərsizləşdirilməsi zamanı təhlükəsizlik tədbirlərinin ciddi şəkildə qorunmasının vacibliyini bildirirlər.

Dunayda aparılan axtarışların nəticələri barədə əlavə məlumat veriləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM