satellite   Azerspace-1: 11135 H 30000

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

Belçikanın Almaniya ilə sərhədi yaxınlığındakı Hohen Venn təbiət qoruğunda baş verən genişmiqyaslı meşə yanğını bölgədə ciddi narahatlıq yaradıb.

NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, güclü tüstü və yanğın qoxusu küləyin təsiri ilə onlarla kilometr məsafəyə yayılaraq Köln şəhərində də hiss olunur. Yanğınsöndürmə xidməti şəhərdə tüstü və qoxu ilə bağlı narahatlığın qeydə alındığını, lakin hazırda sağlamlıq üçün təhlükə olmadığını açıqlayıb.

Yanğın Almaniyanın Monşau şəhərinə də yaxınlaşıb. Bazar günü axşam Kalterherberq yaşayış məntəqəsində sakinlərin bir qismi təhlükəsizlik məqsədilə evlərini tərk etməli olub. Yanğının ötən gün axşam Almaniya sərhədindən təxminən 2,3 kilometr məsafədə olduğu bildirilib. Monşauda əlavə təxliyə planlaşdırılmasa da, şəhər rəhbərliyi sakinləri havadakı tüstü və mümkün zərərli maddələr səbəbindən qapalı məkanlarda qalmağa, havalandırma sistemlərindən istifadə etməməyə çağırıb.

Yanğını xüsusilə təhlükəli edən amil alovun yeraltında torf qatında yayılmasıdır. Közərən təbəqə kilometrlərlə məsafədə yenidən alovlana bildiyindən yanğının istiqamətini proqnozlaşdırmaq çətinləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM