İzmirin Urla rayonunda fəaliyyət göstərən qanunsuz sex aşkar edilib.
NTV Türkiyə mediasına istinadla xəbər verir ki, Vilayət Jandarma Komandanlığı və Urla Mərkəzi Jandarma Bölməsinin əməkdaşları Birgi məhəlləsindəki fərdi yaşayış evində əməliyyat keçiriblər.
Axtarış zamanı satışa hazır vəziyyətdə olan, 16 ədəd şüşə və qablara qablaşdırılmış ümumilikdə 2200 litr saxta spirtli içki ələ keçirilib. Faktla əlaqədar saxlanılan bir nəfər şübhəli şəxs barəsində cinayət işi açılıb.
