satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-iyul ayları ərzində ümumilikdə 5202 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 1868-i daşınmaz əmlakın texniki pasportu, 3334-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.

Hesabat dövründə 512 torpaq sahəsi, 98 mənzil, 64 qeyri-yaşayış binası, 69 fərdi yaşayış evi və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 787 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM