satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

Əmtəə birjalarında qızılın qiyməti son 3 ayın ən yüksək həddini keçib.

NTV xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti hazırda 4650 dollar civarındadır. Bu, mayın 15-dən bəri ən yüksək səviyyədir. Qızılın qiyməti ötən həftə ərzində 5 faizdən çox bahalaşıb.

Ekspertlərin fikrincə, qızılın qiyməti dolların zəifləməsi fonunda bahalaşır. İnvestorların diqqəti ABŞ-də inflyasiya səviyyəsi ilə bağlı bu həftə açıqlanacaq məlumatlara yönəlib.

Eyni zamanda, zəifləyən dollar, dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.

“Citigroup”un analitikləri qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.

“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.

Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM