satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb - YENİLƏNİB

Rusiyada yüz minlərlə hektar meşə sahəsini yanğın bürüyüb<font color='red'> - YENİLƏNİB</font>

Rusiyanın Krasnoyarsk diyarında meşə yanğınlarının sahəsi son 24 saat ərzində 34 min hektar artaraq 439 min 400 hektara çatıb.

NTV TASS-a istinadla xəbər verir ki, bölgənin üç rayonunda -Evenki, Turuxansk və Yeniseydə yanğınlar davam edir.

Yaşayış məntəqələri üçün təhlükə yoxdur. Yanğınların söndürülməsində 647 nəfər iştirak edir.

06:29

Rusiyanın Yakutiya bölgəsində aktiv meşə yanğınlarının sahəsi 1,2 milyon hektardan çoxdur.

NTV  TASS-a istinadla xəbər verir ki, bu gün regionda 60 aktiv meşə yanğını qeydə alınıb.

Yanğınların qarşısını almaq üçün təyyarələrdən də istifadə olunur.

Məlumata görə, Yakutiyada iyulun 10-dan fövqəladə vəziyyət elan edilib, 14 bələdiyyədə xüsusi yanğın təhlükəsizliyi qaydaları tətbiq olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM