satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Böyük Britaniyaya ixracını 16 dəfə artırıb

Azərbaycan Böyük Britaniyaya ixracını 16 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard 653 milyon 130 min ABŞ dolları olub.

NTV-nin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 766 milyon 841 min ABŞ dolları (4,1 dəfə) çoxdur.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 16 dəfə artaraq 3 milyard 476 milyon 38 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 73,5 % azalaraq 177 milyon 93 min ABŞ dolları olub.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 12,5 %-i qədər olub. O cümlədən, bu ölkəyə ixrac ümumi ixracın 17,9 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,7 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM