satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm

Paşinyan: Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir.

NTV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi bərpa etməyəcəyik. O təşkilatda müzakirələr gedir və nizamnamə həmçinin ölkənin oradan çıxarıla biləcəyini nəzərdə tutur. Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM