satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası rəsmi olaraq Suriyanı Dövlət Departamentinin "Terrorizmin sponsorları" siyahısından çıxarıb.

NTV xəbər verir ki, həmçinin bu ölkə ilə bağlı bir müddət əvvəl elan edilmiş bir sıra sanksiyaların ləğvi təsdiqlənib.

Qeyd edək ki, ABŞ-nin Dövlət katibi Marko Rubio iyulun əvvəlində Suriyanın müvafiq siyahıdan çıxarıldığını bildirib. Lakin rəsmiləşdirilməzdən əvvəl konqresin nəzərdən keçirməsi üçün 45 günlük müddət var idi. Dövlət və Xəzinədarlıq departamentləri bu müddətin artıq başa çatdığını və sanksiyaların demək olar ki, tamamilə aradan qaldırıldığını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM