satellite   Azerspace-1: 11135 H 30000

Almaniyaya qoyulan xarici investisiyaların həcmi 50 faiz artıb

Almaniyaya qoyulan xarici investisiyaların həcmi 50 faiz artıb

Almaniyaya qoyulan xarici investisiyaların həcmi ötən il əhəmiyyətli dərəcədə artıb.

NTV xəbər verir ki, Alman İqtisadiyyat İnstitutunun araşdırmasına görə, keçən il xarici şirkətlər Almaniyaya təxminən 86 milyard avro sərmayə yatırıb. Bu, əvvəlki illə müqayisədə 50 faiz çoxdur.

Ölkələr üzrə investisiya göstəricilərində ciddi fərqlər müşahidə olunub. ABŞ-dən Almaniyaya yatırılan sərmayələr 44 faiz azalaraq 11,8 milyard avroya düşüb. Böyük Britaniyadan yatırılan investisiyalar isə 284 faiz artaraq təxminən 26 milyard avroya çatıb. Çin investisiyalarında da 50 faizlik artım qeydə alınıb. Çili və Səudiyyə Ərəbistanından investisiyaların da həcmi artıb.

Almaniyaya yatırılan xarici sərmayələrin yarıdan çoxunu digər Avropa İttifaqı ölkələrinin investisiyaları təşkil edib. Bu ölkələr 2025-ci ildə Almaniyaya təxminən 43 milyard avro sərmayə qoyub. Böyük Britaniyanın investisiyaları da nəzərə alındıqda, Almaniyaya xarici investisiyaların 80 faizindən çoxu Avropanın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM