satellite   Azerspace-1: 11135 H 30000

Tramp İrana güclü cavab zərbəsi endirəcəyini vəd edib

Tramp İrana güclü cavab zərbəsi endirəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp İordaniyadakı ABŞ hərbi bazalarına edilən hücumlardan sonra İrana cavab zərbəsi endirmək niyyətində olduğunu bildirib.

NTV xəbər verir ki, bu barədə Tramp "Fox News"a deyib.

"Biz onlara güclü zərbə endirməyə hazırlaşırıq. Cavab veriləcək", - o qeyd edib.

Trampın sözlərinə görə, gecə saatlarında hücum zamanı ABŞ qüvvələri bir raketin hava hücumundan müdafiə sistemindən keçməsinə imkan veriblər, çünki onun qiymətləndirməsinə görə, bu raket heç bir obyekt üçün təhlükə yaratmırdı. Əlavə edib ki, qalan raketlər zərərsizləşdirilib.

Bununla yanaşı, ABŞ Prezidenti bildirib ki, Tehranın görüşə hazır olmasına baxmayaraq, İranla razılaşma əldə etməyin mümkünlüyünə əmin deyil: "Onlar görüşməyi çox istəyirlər. Mən sadəcə bilmirəm, onlarla razılaşmaya ümid etmək olarmı".

D.Tramp, həmçinin qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyalar "çox sərt şəkildə təsir göstərir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM